Bilgəhdə dənizdə batan oğlanın meyiti tapılıb
Tarix: 16-07-2024 11:44 | Bölmə: Cəmiyyət
Bilgəhdə dənizdə batan oğlanın meyiti tapılıb

İki gün əvvəl dənizdə batan oğlanın meyiti tapılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, iyulun 14-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində nəzarətsiz ərazidə dənizdə batmış 2007-ci il təvəllüdlü Nəsirov Məhəmməd Dadaş oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.




Bölməyə aid digər xəbərlər