Kəlbəcərdə həlak olan hərbçiyə şəhidlik statusu veriləcək
Tarix: 16-07-2024 12:47 | Bölmə: Cəmiyyət
Kəlbəcərdə həlak olan hərbçiyə şəhidlik statusu veriləcək

Ötən gün bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu Abbasov Yunis Vasif oğluna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən müvafiq arayış əsasında verilə bilər.

Reyting.az
xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.

Onun sözlərinə görə, həyatını itirən Azərbaycan Ordusunun hərbi qulluqçusuna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir: "Belə bildiriş daxil olarsa şəhid statusu verilə bilər”.

Qeyd edək ki, ötən gün Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.




Bölməyə aid digər xəbərlər