Şamaxıda kütləvi zəhərlənmə: 21 nəfər xəstəxanaya çatdırılıb - Yenilənib
Tarix: 17-07-2024 09:29 | Bölmə: Cəmiyyət
Şamaxıda kütləvi zəhərlənmə: 21 nəfər xəstəxanaya çatdırılıb

Şamaxıda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Reyting.az
APA-ya istinadla bildirir ki, hadisə Şamaxının Məlikçobanlı kəndində baş verib.

İlkin məlumata görə, toyda iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

10 yaxın sakin təcili tibbi yardım avtomobili ilə, digərləri isə xəstəxanaya özləri gəlib.

Hazırda vəziyyətlərinin normal oldugu bildirilir. İlkin ehtimala görə, zəhərlənməyə toyda verilən tort səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

***

Şamaxıda baş verən hadisənin səbəblərini araşdırmaq üçün Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.


Qurumdan bildiriblər ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus həyətyani sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

İlkin ehtimallara əsasən, hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər