Meşədə iki nəfərin asılmış meyti tapılıb
Tarix: 17-07-2024 10:18 | Bölmə: Cəmiyyət
Meşədə iki nəfərin asılmış meyti tapılıb

Göygöl rayonunda meşədən iki nəfərin asılmış meyti tapılıb.

Reyting.az
-ın məlumatına görə, 2023-cü ilin iyun ayının 10-da Kəlbəcər rayon sakini 1996-cı il təvəllüldü Yasin İbrahimov Toğanalı kəndinin ərazisində itkin düşüb.

Polisin araşdırması zamanı Yasın İbrahimovun Xocalı rayon sakini, 1985-ci il təvəllüıdü Esmira Əhliman qızı Mamedova ilə birgə Toğanalı kəndinin meşə zolağında özlərini asaraq intihar etmələri müəyyən olunub.

Hadisə yerinə baxış zamanı onlara aid sümüklər aşkar edilib.

Onların cəsədlərini qalıqlarını polis əməkdaşları aşkarlayıb.(APA)

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.




Bölməyə aid digər xəbərlər