Beyləqanda silahlı insident: bir nəfəri güllələyiblər
Tarix: 18-07-2024 09:31 | Bölmə: Cəmiyyət
Beyləqanda silahlı insident: bir nəfəri güllələyiblər

Beyləqan rayonunda silahlı insident olub.

Reyting.az
xəbər verir ki, hadisə rayonun Məşədi Əzizbəyov küçəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü Samir Axundov münaqişə zəminində tanışı, 1981-ci il təvəllüdlü Yusif Cuvarlını güllələyib.

Yaralı xəstəxanaya yerləşdirilib. Samir Axundov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.




Bölməyə aid digər xəbərlər