Böyük Mərcanlının yenidən qurulmasına bir milyon manat xərclənəcək
Tarix: 24-07-2024 18:00 | Bölmə: Cəmiyyət
Böyük Mərcanlının yenidən qurulmasına bir milyon manat xərclənəcək

Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndinin yenidən qurulması və inşası üzrə layihələndirmə xidmətlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

Reyting.az
FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi “Azin Construction” MMC olub.

Qalib şirkətlə 1 022 576 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “Azin Construction” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Orxan Orucov Alxan oğludur. Hüquqi ünvanı AZ1027, Bakı şəhəri Xətai rayonu, Cavanşir, ev 23, m. 65 ünvanında yerləşir.

Xatırladaq ki, Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər