Azərbaycana 25 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb
Tarix: 07-08-2024 13:06 | Bölmə: Cəmiyyət
Azərbaycana 25 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində avqust ayının 5-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 17:15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 25 kiloqram 350 qram narkotik vasitə marixuananın və 1600 ədəd Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Bildrilib ki, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.




Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq
4-06-2025, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb
3-06-2025, 12:59 Sabah yağış yağacaq