Rusiyada azərbaycanlı ilə saxta nikaha girən 22 yaşlı qadına cinayət işi açılıb
Tarix: 16-08-2024 13:07 | Bölmə: Cəmiyyət
Rusiyada azərbaycanlı ilə saxta nikaha girən 22 yaşlı qadına cinayət işi açılıb

Udmurtiyada qadın Azərbaycanlının qeydiyyata düşməsi üçün onunla qondarma nikaha daxil olmaqda şübhəli bilinir.

Rusiya mediası yazır ki, faktla bağlı 22 yaşlı xanıma qarşı Cinayət Məcəlləsinin 322.1-ci (Qanunsuz miqrasiyanın təşkili) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqın məlumatına görə, bu nikah ailə üçün deyil, azərbaycanlıya Rusiyada məhdudiyyətsiz yaşamaq icazəsi kimi imtiyazlar əldə etmək məqsədilə yaradılıb və müəyyən şərtlər əsasında, yəni qondarma olub.

Qadına başqa yerə getməmək barədə şərti cəza verilib. Hazırda o, nikahın ləğvi təşəbbüsü ilə çıxış edib(Lent.az).




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər