Rövşən Rüstəmov yeni təyinatlara imza atıb
Tarix: 17-02-2025 15:02 | Bölmə: Cəmiyyət
Rövşən Rüstəmov yeni təyinatlara imza atıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov yeni təyinatlara imza atıb.

Reyting.az
xəbər verir ki, onun əmriylə Hüquq departamentinin müdiri Nicat Quliyev ADY sədrinin müşaviri təyin olunub.

ADY-nin Hüquq departamentinin rəhbəri vəzifəsinə isə departamentin müdir müavini Türkan Yusibova gətirilib.

Bundan başqa, qurumun Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin rəhbəri postuna isə Əsəd Məmmədov təyinat alıb.




Bölməyə aid digər xəbərlər