Kosmik gəmi kraterləri araşdırmaq üçün Aya enib
Tarix: 27-02-2025 15:37 | Bölmə: Cəmiyyət
Kosmik gəmi kraterləri araşdırmaq üçün Aya enib

ABŞ-dakı özəl kosmos kəşfiyyat şirkəti “Intuitive Machines” Günəşi heç vaxt görməyən kraterləri araşdırmaq üçün Aya kosmik gəmi göndərib.

Reyting.az
xəbər verir ki, “Afina” adlı kosmik gəmi milyarder iş adamı İlon Maskın “SpaceX” şirkəti tərəfindən istehsal olunan “Falcon 9” raketi ilə Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən buraxılıb.

Missiya çərçivəsində atılan “Greys” adlı pilotsuz uçuş aparatının (PUA) kraterdə buz, su və ya qaz olub-olmadığını müəyyən etmək üçün Ayın cənub qütbündə yerləşən və heç vaxt Günəş işığı almayan kraterdə təxminən 20 metr dərinliyə enməsi planlaşdırılır.

Qeyd edilir ki, kraterlərdə buz aşkar edilərsə, bu buzdan gələcəkdə su, oksigen və raket yanacağı istehsal etmək nəzərdə tutulur.

ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) məlumatına görə, “Afina”nın həyata keçirəcəyi təcrübələr astronavtların Aya qayıtmasında mühüm rol oynayacaq.

Kosmik gəmi fevralın 23-də saat 02:23-də Aya enərək tarix yazıb. Bu, 1972-ci ildə “Apollon 17” missiyasından sonra Ayın səthinə yumşaq eniş edən ilk özəl ABŞ kosmik gəmisidir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
28-03-2025, 12:02 Sabah yağış yağacaq
23-03-2025, 12:40 Sabah yağış yağacaq