Əvəz Zeynallı: "Şiddətli ağrılarım durmadan artmaqdadır"
Tarix: 26-05-2025 13:35 | Bölmə: Cəmiyyət
Əvəz Zeynallı: "Şiddətli ağrılarım durmadan artmaqdadır"

Xərçəng xəstəliyi səbəbindən azadlığa buraxılan “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının səhhətindəki problemlər hər keçən gün artmaqdadır. Hazırda Türkiyədə müalicə alan tanınmış jurnalistə qan köçürülüb.

Reyting.az
Musavat.com onunla danışıb.

Danışmağa çətinlik çəkən Əvəz Zeynallı son durumu ilə bağlı Azərbaycan ictimaiyyətini məlumatlandıra bilib:

“Hələ bir şey dəyişməyib. Çox şiddətli ağrılarım var. Ciddi şəkildə müalicə kursuna hazırlaşırlar. Bu elə bir xəstəlikdir ki, gərək orqanizmdə bütün göstəricilər hazır olsun ki, kimyaterapiya, “akıllı ilaçı” qəbul etsin. Bir komponent ona hazır olmayanda o məsələ qalır. Məndə qan problemi var. Qan aşağı idi. 2 gün əvvəl qan vuruldu. Bu gün səhər gedib o qanın analizini verdik ki, nəticələr məlum olsun. Əgər qan normal səviyyəyə gəlsə, dərhal müalicələr başlayacaq, əks halda normal səviyyəyə gəlməsə, o zaman yenə də qan vurulmalıdır ki, qan o səviyyəyə gələ bilsin.

Belə bir vəziyyətdəyik. Şiddətli ağrılarım durmadan artmaqdadır. Bəzən nəfəs ala bilməyəcək dərəcəyə gəlirəm. Allah böyükdür. Yavaş-yavaş gözləyirik ki, görək nəticə nə olacaq”.

Ə.Zeynallı onunla bağlı təşkil olunan kampaniyalara, rəsmi qurumlara edilən müraciətlərə də toxundu:

“Bəli, müraciətlər olunub. Biz də müraciət etdik. Amma hələ ki, rəsmi dairələrdən bir məlumatımız yoxdur. İctimai kampaniya gedir. Sizin də yəqin ki, məlumatınız var. Müxtəlif efirlər, müstəqil internet televiziyaları bu kampaniyanı aparırlar. İnşallah, hər şey yaxşı olar. Bu millətdən böyük heç kim yoxdur. Bu millətdən başqa da güvənəcəyim heç yer yoxdur. Yəqin ki, millətimin duaları və dəstəyi ilə bu çətinlikləri də keçəcəyik. Hər kəsə təşəkkür edirəm, dostlarıma salamlarımı çatdırın”.




Bölməyə aid digər xəbərlər
23-05-2025, 12:42 Sabah yağış yağacaq