Məktəb və müəllim seçiminə start verilib
Tarix: 24-07-2025 11:25 | Bölmə: Cəmiyyət
Məktəb və müəllim seçiminə start verilib

Bu gün saat 11:00-dan etibarən Bakı və Gəncə şəhərlərindəki ümumitəhsil müəssisələrində rus bölməsi məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim sərbəst qaydada seçimlə əvəz olunub.

Reyting.az
-ın məlumatına əsasən, seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.

Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti üzrə:

– Alternativ qeydiyyat mərkəzlərinə

– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.




Bölməyə aid digər xəbərlər