13:27 / 16-09-2025
Sabah yağış yağacaq
Bağça müdiri vəzifədən çıxarılıb - Nöqsana görə
Tarix: 24-07-2025 18:14 | Bölmə: Cəmiyyət
Bağça müdiri vəzifədən çıxarılıb - Nöqsana görə

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 202 nömrəli körpələr evi-uşaq bağçasında monitorinq aparılıb. 

Reyting.az
 xəbər verir ki, bununla bağlı BŞTİ məlumat yayıb.

Bildirilib ki, monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar (qeydiyyatdan kənar uşaqların olması, normadan artıq qida sifarişi, maliyyə-təsərrüfat qaydalarının və əmək qanunvericiliyinin kobud şəkildə pozulması) aşkar edilib: 

"Araşdırmanın nəticələrinə uyğun olaraq, iyulun 23-ü 202 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Paşayeva Simuzər Əlimirzə qızı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilib.

Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir. 

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisəslərində uşaqların inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi, təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün sistemli islahatlar aparılmaqdadır”




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq