18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Sabahın hava proqnozu açıqlanıb
Tarix: 25-07-2025 12:08 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

İyulun 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Reyting.az
xəbər verir ki, sabah havanın temperaturu gecə 23-27° isti, gündüz 33-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-26° isti olacaq.




Bölməyə aid digər xəbərlər
23-07-2025, 15:11 Hərbçimiz vəfat edib
21-07-2025, 13:35 Çilingəri "tok" vurub"