Daha 1354.2 hektar ərazi minalardan təmizlənib
Tarix: 28-07-2025 13:04 | Bölmə: Cəmiyyət
Daha 1354.2 hektar ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə iyulun 21-dən 27-dək 15 tank əleyhinə, 46 piyada əleyhinə mina, 1097 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Reyting.az
 xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Ötən həftə ərzində 1354.2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.




Bölməyə aid digər xəbərlər
23-07-2025, 15:11 Hərbçimiz vəfat edib