Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancıb - Vəziyyəti ağırdır
Tarix: 29-07-2025 12:55 | Bölmə: Cəmiyyət
Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancıb - Vəziyyəti ağırdır

Mərkəzi Nəbatat Bağında 7 yaşlı Ə. Heydərovu ilan sancıb.

Məlumata görə, hadisə dünən baş verib.

Uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, azyaşlının vəziyyəti ağır qiymətləndirilir: “Ötən gün ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub.

Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”(qafqazinfo).




Bölməyə aid digər xəbərlər