22:34 / 30-07-2025
“Qarabağ” qalib gəlib
Güclü zəlzələ sunamiyə səbəb olub - (Yenilənib)
Tarix: 30-07-2025 08:16 | Bölmə: Slayd
Güclü zəlzələ sunamiyə səbəb olub - (Yenilənib)

ABŞ-nın ən böyük ştatı olan Alyaskada - Kamçatka sahillərində zəlzələ qeydə alınıb.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, bu barədə ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) məlumat yayıb.

Məlumatda qeyd edilir ki, 8,5 bal gücündə qiymətləndirilən zəlzələdən sonra sunami xəbərdarlığı elan edilib.

***

ABŞ və Yaponiya Rusiyanın Şərq sahillərində baş verən güclü zəlzələdən sonra sunami xəbərdarlıq ediblər.

Reyting.az
bildirir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Qeyd olunur ki, iyulun 30-u Kamçatka yarımadasındakı Petropavlovsk-Kamçatski şəhərinin cənub-şərqində 8,7 bal gücündə zəlzələ baş verib.

ABŞ Milli Meteoroloji Xidmətinin Sunami Xəbərdarlığı Sistemi bildirib ki, Havay əyalətindəki bütün adaların sahillərinə ziyan vura biləcək sunami yaranıb.

Sakinləri can və malların qorunması üçün təcili tədbirlər görməyə çağırırlar.

Xidmət həmçinin ABŞ və Kanadanın bütün Qərb sahili, həmçinin Aleut adaları, Quam, Filippin, Rusiya, Yap və Marşal adaları da daxil olmaqla, bəzi Sakit okean adaları üçün sunami xəbərdarlığı edib.

Xidmətin xəbərdarlığı Kaliforniya, Oreqon, Vaşinqton, Britaniya Kolumbiyası və Alyaska da daxil olmaqla, ABŞ və Kanadanın bütün Qərb sahillərinə də aiddir.

Yaponiyanın dövlət televiziyası NHK də sunami xəbərdarlığı edib və insanları sahili təcili tərk etməyə çağırıb. Yayımçı Yaponiyanın şimalındakı Miyaqi prefekturasının Matsusima sahil bölgələrindən çıxan avtomobilləri göstərib.

Milli Meteorologiya Xidməti Yaponiyanın bəzi bölgələrində dalğanın hündürlüyünün 3 metrə çata biləcəyini bəyan edib.

Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə sunami fəlakəti zamanı dalğalar təxminən 40 metrə çatmışdı.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər