18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirməyi təklif edir - Deputat
Tarix: 25-07-2025 16:10 | Bölmə: Slayd
Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirməyi təklif edir

Amerika şirkətlərinin Zəngəzur dəhlizinə marağı bu dəhlizin əhəmiyyətini göstərir. Onlar görürlər ki, yeni kommunikasiya imkanları yarana bilər. ABŞ şirkətləri göstərmək istəyirlər ki, əslində, onlar ölkələri üçün pul qazanmaq istəyirlər, digər maraqlar onlar üçün əsas deyil. Düşünürlər, bu, çox yaxşı layihədir və nümayiş etdirirlər ki, pul qazanmaq istəyirlər. Ancaq mənim fikrimcə, bu məsələ bilavasitə Azərbaycan və Ermənistan arasında həll edilməlidir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin üzvü Asim Mollazadə deyib.

Partiya sədri qeyd edib ki, əgər Ermənistan öz ərazisini hansısa ölkəyə və şirkətə icarəyə vermək istəyirsə, bu, onun daxili işidir: “Azərbaycanın maraqları onunla bağlıdır ki, dəhliz açılsın, işlək olsun, xüsusilə Naxçıvanla əlaqələr “Azərbaycandan Azərbaycana gediş-gəliş” təmin olunsun. Qənaətimcə, bunlar baş verərsə, Azərbaycan gələcəkdə digər layihələr haqqında da düşünə bilər. Məsələn, qitələrin birləşdirilməsi, türk ölkələri arasında əlaqələrin inkişafı və s. Bunlar hər tərəfə fayda verə bilər”.

A. Mollazadənin fikrincə, problem ondadır ki, Ermənistanın qərar verməyə cürəti çatmır, qorxur. Çünki Rusiyanın xaricdə ən böyük bazası Ermənistanda yerləşir.

Müsahibimiz qeyd edib ki, Rusiya həm də, “Qarabağ klan”ı və keçmiş hərbi cinayətkar qruplar vasitəsilə Ermənistanın daxili siyasi vəziyyətini gərginləşdirir: “Əvvəl Rusiyadan regiona Ruben Vardanyanı göndərsələr də, indi o, layiq olduğu yerədə - həbsxanadadır. İndi də Ermənistanda Karapetiyanı ortaya atıblar. Lazım olsa, başqa birini də üzə çıxaracaqlar və s.”.

A. Mollazadə bildirib ki, Rusiya Ermənistandakı fəaliyyətini dayandırmaq, ölkyə nəzarəti əldən vermək istəmir.

Deputat sonda əlavə edib ki, Azərbaycanın mövqeyi aydın və qətidir:

“Biz kommunikasiyaların açılmasını, bölgədə sülh və sabitliyin olmasını, əməkdaşlığın inkişafını təşviq edirik. Cənubi Qafqazın əməkdaşlıq və tərəfdaşlıq platformasına çevirilməsi Azərbaycanın prioritetlərindən biridir. Bizim üçün fərq etmir ki, Ermənistan ərazisini Amerika şirkətinə icarəyə verir, ya vermir. Bizim üçün sülh, sabitlik və tərəfdaşlıq vacibdir”.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər