11:11 / 31-07-2025
Xocalıda yanğın başlayıb
Pezeşkian Pakistana səfərə hazırlaşır
Tarix: 30-07-2025 16:20 | Bölmə: Xəbərlər
Pezeşkian Pakistana səfərə hazırlaşır

İran prezidenti Məsud Pezeşkianın şənbə günü Pakistana rəsmi səfəri planlaşdırılır.

Reyting.az
xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Prezidentin müşaviri Mehdi Sanainin sözlərinə görə, Məsud Pezeşkianın səfəri Pakistanın baş naziri Şahbaz Şərifin dəvəti ilə reallaşacaq.

"İran prezidenti Pakistanın mədəni və işgüzar elitasının nümayəndələri ilə rəsmi görüşlər keçirmək niyyətindədir”,- deyən Sənai qeyd edib ki, İran və Pakistan dərin siyasi, iqtisadi, dini və mədəni əlaqələrə malikdir.

Səfərin əsas məqsədlərindən biri əyalət və sərhədyanı əməkdaşlığı gücləndirmək və ticarət mübadiləsinin həcmini artırmaqdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər