18:08 / 23-07-2025
Türkiyədə zəlzələ olub
15:11 / 23-07-2025
Hərbçimiz vəfat edib
Füzulidəki yanğın genişlənir - (Yenilənib)
Tarix: 23-07-2025 17:34 | Bölmə: Slayd
Füzulidəki yanğın genişlənir - (Yenilənib)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Reyting.az
FHN-nin mətbuat xidmətinə istinadla bildirir ki, məlumatla əlaqədar dərhal əraziyə Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

İşğaldan azad edilən ərazilərdə yanğınlar artır.

Məlumata görə, Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində başlayan yanğın Qacar, Cəmilli, Divanallar kəndlərinin ərazisində və Xocavənddə də müşahidə olunur.

Hadrut qəsəbəsi ərazisində olan alov artıq meşə massivinə keçib. Hazırda yanğının söndürülməsi üçün əraziyə FHN-nin Cəbrayıl, Beyləqan və Xocavənd rayonlarındakı yanğınsöndürən avtomobilləri və əməkdaşları cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində işlər davam edir.




Bölməyə aid digər xəbərlər