22:34 / 30-07-2025
“Qarabağ” qalib gəlib
İyulun 31-də 41 dərəcə isti olacaq
Tarix: 30-07-2025 13:17 | Bölmə: Cəmiyyət
İyulun 31-də 41 dərəcə isti olacaq

İyulun 31-də Bakıda və Abşeron yarımadasında şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.

Reyting.a
z xəbər verir ki, sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 35-39, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.




Bölməyə aid digər xəbərlər
29-07-2025, 11:22 İrəvanlı alimlər - Siyahı