Şəkidə qəsdən yanğın törədən şəxslər həbs olunublar
Tarix: 01-08-2025 12:17 | Bölmə: Cəmiyyət
Şəkidə qəsdən yanğın törədən şəxslər həbs olunublar

Şəkinin Aşağı Göynük kəndi ərazisində 860 hektar biçilmiş taxıl və örüş-otlaq sahəsini yandıran şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildirilib ki, araşdırmalarla həmin şəxslərin rayon sakinləri - 48 yaşlı Məzahir Sadıqov və 40 yaşlı Asif Mahmudov olduqları müəyyən edilib. Onların özlərinə məxsus pay torpaq sahəsini şumlamağa hazır vəziyyətə gətirmək üçün qəsdən yandırdıqları və nəticədə yanğının daha böyük ərazini əhatə etdiyi məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
29-07-2025, 11:22 İrəvanlı alimlər - Siyahı