Qarabağda daha 7 058,9 hektar ərazi minalardan təmizlənib
Tarix: 01-08-2025 14:22 | Bölmə: Cəmiyyət
Qarabağda daha 7 058,9 hektar ərazi minalardan təmizlənib

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan verilən məlumata görə, azad olunan ərazilərdə iyul ayı ərzində 57 tank əleyhinə mina, 265 piyada əleyhinə mina, 2007 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bundan başqa, iyul ayı ərzində 7 058,9 hektar ərazi minalardan təmizlənib.




Bölməyə aid digər xəbərlər
29-07-2025, 11:22 İrəvanlı alimlər - Siyahı