Yeniyetmə Kür çayında boğulub
Tarix: 02-08-2025 19:39 | Bölmə: Cəmiyyət
Yeniyetmə Kür çayında boğulub

Kür çayının Salyan rayonundan keçən hissəsində 16 yaşlı şəxs boğulub.

Reyting.az
APA-ya istinadla bildirir ki, hadisə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan şəhər sakini, 2008-ci il təvəllüdlü Məcidov Sahil Mübariz oğlu çayda çimərkən boğulub.

Onun meyiti FHN əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
29-07-2025, 11:22 İrəvanlı alimlər - Siyahı