Pekin İlon Maskla kosmosda “döyüşəcək”
Tarix: 04-08-2025 07:49 | Bölmə: Cəmiyyət
Pekin İlon Maskla kosmosda “döyüşəcək”

Çin alimləri “Starlink” peyklərinə qarşı mübarizə üsulları hazırlayırlar.

Reyting.az
xəbər verir ki, bu barədə “AP” agentliyi məlumat yayıb.

“Pekin hesab edir ki, Pentaqon onlardan müharibələr və casusluq zamanı qlobal miqyasda getdikcə daha çox istifadə edir. Bu isə Çinin milli təhlükəsizliyinə təhdiddir”,- məlumatda deyilir.

Qeyd edək ki, artıq Çinin elmi jurnallarında amerikalı milyarder İlon Maskın peyklərini “ovlamaq” və onları məhv etmək yollarını araşdıran onlarla məqalə dərc olunub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər