Ağcabədidə oğurluq edən şəxs tutulub
Tarix: 04-08-2025 11:08 | Bölmə: Cəmiyyət
Ağcabədidə oğurluq edən şəxs tutulub

Ağcabədidə nəğd pul və məişət əşyaları oğurlamaqla zərərçəkmişlərə 25 min manat dəyərində ziyan vurmaqda təqsirləndirilən şəxs həbs olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən evlərdən oğurluqlar edilməsi barədə məlumatlar daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elsevər Rüstəmov şübhəli şəxs qismində saxlanılıb.

Araşdırmalarla onun cari il ərzində müxtəlif evlərdən nəğd pul və məişət əşyaları oğurlamaqla zərərçəkmişlərə 25 min manat dəyərində ziyan vurduğu müəyyən edilib. E.Məmmədovun yaşadığı ünvandan bir sıra maddi sübut aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Rüstəmov həbs edilib.

İstintaq davam etdirilir.




Bölməyə aid digər xəbərlər