Kamçatkada yeni zəlzələ təhlükəsi azdır
Tarix: 06-08-2025 08:34 | Bölmə: Cəmiyyət
Kamçatkada yeni zəlzələ təhlükəsi azdır

“Bundan sonra Kamçatkada yeni və ciddi yeraltı təkanlar gözləmək lazım deyil”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Vahid Geofizika Xidmətinin Kamçatka filialının direktoru Daniel Çebrov deyib.

D. Çebrov bildirib ki, sürüşmə məhz güclü zəlzələnin nəticəsidir: “Buna görə də, afterşok prosesi zamanı müşahidə edilənlərdən başqa, orada əlavə heç nə baş verə bilməz. Seysmik prosesin özü Kamçatkada dayanmaq üzrədir”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər