Bu gün Zirədə işıq olmayacaq
Tarix: 07-08-2025 10:49 | Bölmə: Cəmiyyət
Bu gün Zirədə işıq olmayacaq

Bu gün Bakının Xəzər rayonunun Zirə kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Reyting.az
“Azərişıq” ASC-yə istinadla xəbər verir ki, Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35 kV-luq hava xəttində avqustun 7-də təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək Zirə kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İşlər yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.




Bölməyə aid digər xəbərlər