16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
Bakıda bəzi qatar reysləri ləğv edilir - Yenilənib
Tarix: 07-08-2025 18:50 | Bölmə: Cəmiyyət
Bakıda bəzi qatar reysləri ləğv edilir

Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 7 avqust 2025-ci ildə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.

Reyting.az
xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları"ndan (ADY) bildiriblər.

Məlumata görə, saat 17:47-də Bakı-Xırdalan, 17:50-də Sumqayıt-Bakı (Xırdalan istiqaməti ilə), 18:10-da Bakı-Sumqayıt (ekspres), 18:20-də Xırdalan-Bakı, 19:02-də Sumqayıt-Bakı (ekspres) və 19:27-də Sumqayıt-Bakı (Xırdalan istiqaməti ilə) reysləri ləğv olunur.

Qeyd olunur ki, təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər.

ADY sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edir.

***

Bakı–Keşlə sahəsində dəmiryol infrastrukturunda aparılan təmir işləri ilə əlaqədar olaraq, 8 avqust 2025-ci il tarixində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə səhər və axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.

"Azərbaycan Dəmir Yolları"ndan verilən məlumata görə, saat 07:20-də Bakı–Xırdalan–Sumqayıt, 08:10-da Bakı–Xırdalan, 08:40-da Xırdalan–Bakı qatarı, saat 06:25-də Bakı–Pirşağı–Sumqayıt (ekspres) və saat 07:28-də Sumqayıt–Xırdalan–Bakı reysləri, axşam saatlarında isə 17:47-də Bakı–Xırdalan, 18:10-da Bakı–Xırdalan–Sumqayıt (ekspres), saat 17:50-də Sumqayıt–Xırdalan–Bakı, 18:20-də Xırdalan–Bakı, 19:27-də Sumqayıt–Xırdalan–Bakı, 19:02-də Sumqayıt–Pirşağı–Bakı (ekspres) reysləri ləğv edilir.

"Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik", - məlumatda vurğulanıb.




Bölməyə aid digər xəbərlər
15-10-2025, 13:04 Sabah yağış yağacaq