Almaniyada dönər böhranı yaranıb
Tarix: 08-08-2025 08:37 | Bölmə: Cəmiyyət
Almaniyada dönər böhranı yaranıb

Türk mühacirlərdən dönər kababı hazırlamağı öyrənən və bunu həyatlarının vazkeçilməz hissəsinə çevirən almanlar indi dönər böhranı ilə üz-üzədir.

Reyting.az
xəbər verir ki, Almaniyanın cənub-qərbində iri dönər kababı və kabab istehsalçısı olan Birtat fabrikinin işçiləri maaş mübahisəsinə görə yenidən tətilə başlayıblar.

Aylıq əmək haqqının 375 avro (18 min TL) artırılması tələbi ilə həftələrdir “xəbərdarlıq tətili” keçirən işçilər istehsalı dayandırıblar. Ancaq Birtat bunu qəbul etmək istəmir.

Almanlar tətilin davam edəcəyi təqdirdə dönər kababının qıtlığından və qiymətlərin daha da artacağından narahatdırlar.

Qeyd edək ki, kabab həvəskarları qiyməti 2-3 avro olan dönərin indi 7-8 avroya qalxmasından şikayətlənirlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
23-09-2025, 09:14 Sabirabadda zəlzələ olub