Şabranda yanğın törədən iki nəfər saxlanılıb
Tarix: 12-08-2025 09:17 | Bölmə: Cəmiyyət
Şabranda yanğın törədən iki nəfər saxlanılıb

Avqustun 4-də və 10-da Şabran rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən iki nəfər müəyyən olunaraq saxlanılıb.

Reyting.az
-ın məlumatına əsasən, araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Ağaməmməd Heydərov və Abdulla Abdullayev tərəfindən törədildiyi məlum olub. Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

Saxlanılan hər iki şəxs məsuliyyətə cəlb olunub.




Bölməyə aid digər xəbərlər
9-08-2025, 12:26 Sabah yağış yağacaq
6-08-2025, 11:42 Narkokuryerlər tutulublar