Qadın 22 ildə 11 ərini öldürməkdə şübhəli bilinir
Tarix: 12-08-2025 09:46 | Bölmə: Cəmiyyət
Qadın 22 ildə 11 ərini öldürməkdə şübhəli bilinir

İranda 22 illik evliliyindən sonra yaşlı ərlərini zəhərləməkdə ittiham olunan Kolsum Əkbəri ilk dəfə İnqilab məhkəməsində hakim qarşısına çıxarılıb. O, 11 qətldə ittiham olunur və barəsində ölüm cəzası istənilir.

Reyting.az
xəbər verir ki, Kolsum Əkbari adlı iranlı qadını 2000-2022-ci illər arasında 11 ərini sistematik şəkildə öldürməkdə ittiham edirlər.

Bildirilir ki, qurbanların yaşı və xəstəlikləri ölümlərin təbii səbəblər kimi görünməsinə imkan verib, bu isə qətllərin illərlə diqqətdən kənarda qalmasına şərait yaradıb.

Dul qadının cinayətinin üstü 2023-cü ildə sonuncu əri Əzizullah Babaeinin şübhəli ölümündən sonra açılıb.

Babaeinin oğlu atasının Əkbəri ilə evli olduğunu və qadının daha əvvəl onu öldürməyə cəhd etdiyini öyrəndikdən sonra səlahiyyətlilərlə əlaqə saxlayıb.

İnqilab məhkəməsində keçirilən iclasda 4 qurbanın yaxınları İslam qanunlarına görə Əkbəri üçün ölüm cəzası istəyiblər.

İşdə 45-dən çox iddiaçı iştirak edir. Əkbərinin vəkili müvəkkilinin psixi sağlamlığının müayinə olunmasını istəyir.

Lakin iddiaçılardan biri bu müdafiəni rədd edərək, qətllərin çox diqqətlə planlaşdırıldığını bildirib.

Prokurorun ittiham aktında Əkbəri 11 "qəsdən adamöldürmə" və bir "qəsdən adamöldürməyə cəhd" maddəsi ilə ittiham olunur.

İttihama görə, təqsirləndirilən şəxs qətlləri yaşlı kişilərlə evlənmək və onların sərvətlərini ələ keçirmək məqsədilə törədib. Dinləmələr yekunlaşdıqdan sonra məhkəmə hökmünü açıqlayacaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
9-08-2025, 12:26 Sabah yağış yağacaq
6-08-2025, 11:42 Narkokuryerlər tutulublar