600 kq-dan artıq çətənə bitkisi məhv edilib
Tarix: 12-08-2025 11:04 | Bölmə: Cəmiyyət
600 kq-dan artıq çətənə bitkisi məhv edilib

Daşkəsəndə yabanı halda bitən 600 kq-dan artıq çətənə bitkisi məhv edilib.

Məlumata görə, Daşkəsən rayonunda polis əməkdaşlarının keçirdiyi “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Ümumi çəkisi 634 kq olan 712 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib(Report).




Bölməyə aid digər xəbərlər
9-08-2025, 12:26 Sabah yağış yağacaq
6-08-2025, 11:42 Narkokuryerlər tutulublar