Fransada azərbaycanlı ailənin iki övladı əlindən alınıb
Tarix: 12-08-2025 17:23 | Bölmə: Cəmiyyət
Fransada azərbaycanlı ailənin iki övladı əlindən alınıb

Azərbaycan Respublikasının vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladı ilə birlikdə yaşadıqları Almaniya ərazisini tərk edərək Fransa ərazisi üzərindən Azərbaycana gedərkən övladları əllərindən alınıb. Onların üzləşdikləri vəziyyət barədə səfirliyə məlumat daxil olan gündən konsulluq bölməsinin əməkdaşları məsələ ilə məşğul olurlar.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyindən APA-nın sorğusuna cavabda bildiriblər.

Qeyd olunub ki, iyulun 7-də səfirliyin qaynar xəttinə edilmiş müraciət əsasında, Azərbaycan Respublikası vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladı üçün səfirlik tərəfindən qayıdış şəhadətnaməsi rəsmiləşdirilib.

“6 avqust tarixində Fransa ərazisini tərk etmək istəyən ailə bu ölkənin sərhəd polisi tərəfindən saxlanılıb və övladları müvəqqəti sığınacaqda yerləşdirilib.

Fransa polisinin bu addımı, Almaniya məhkəməsinin uşaqların qəyyumluğunun valideynlərdən alınması qərarı ilə əsaslandırılıb.

Hazırda Fransada yerli hakim tərəfindən məsələyə baxılması və Almaniya məhkəməsinin qərarı ilə bağlı müəyyən nəticəyə gəlinməsi gözlənilir. Bu müddət ərzində valideynlər uşaqlar ilə görüş imkanı əldə ediblər.

AR-in Fransadakı Səfirliyi məsələ ilə bağlı Fransa tərəfinin müvafiq qurumları ilə görüşlər keçirir və müvafiq əlaqələndirməni təmin edir. Səfirlik, habelə AR-in Diaspor ilə İş üzrə Dövlət Komitəsi vətəndaşların Fransa ərazisində müvəqqəti qalması məsələsində onlara yardım göstərir.

Məsələ tərəfimizdən nəzarətdə saxlanılır”.




Bölməyə aid digər xəbərlər
9-08-2025, 12:26 Sabah yağış yağacaq