Füzulidə ağır qəza: ölən və xəsarət alanlar var
Tarix: 17-02-2026 00:02 | Bölmə: Xəbərlər

Füzulidə ağır qəza: ölən və xəsarət alanlar var

Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az APA-ya istinadla bildirir ki, hadisə Kərimbəyli kəndi ərazisində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili yük maşını ilə toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində Beyləqan rayon Mil qəsəbə sakini, 1981-ci il təvəllüdlü Mirzəyeva Tərgül Allahyar qızı dünyasını dəyişib.

Minik avtomobilinin sürücüsü Qardaşxanov Bakir Yunis oğlu, sərnişinlər Ağalarzadə Rauf Vüqar oğlu, Qalsanov Sərvan Mahmud oğlu və Atakişiyeva Brilyant Təbriz qızı xəsarət alıblar.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.





Bölməyə aid digər xəbərlər