Tramp: Ukrayna Rusiya ilə danışıqlara tez başlamalıdır
Tarix: 17-02-2026 07:45 | Bölmə: Siyasət

Tramp: Ukrayna Rusiya ilə danışıqlara tez başlamalıdır

ABŞ prezidenti Donald Tramp Kiyevi tez bir zamanda Moskva ilə danışıqlar masasına oturmağa çağırıb.

Reyting.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Deyilir ki, ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbətində Ukraynanın daha tez danışıqlar masasına oturmasının vacibliyindən danışıb.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyevlə nizamlanma üzrə danışıqların növbəti mərhələsinin fevralın 17-18-də Cenevrədə keçiriləcəyini təsdiqləyib. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vlad Medinski rəhbərlik edir.

Bu gün keçiriləcək danışıqlarda ABŞ tərəfini xüsusi nümayəndə Stiv Uitkoff və prezidentin kürəkəni Jared Kuşner təmsil edəcək.

E. KAMAL





Bölməyə aid digər xəbərlər