Sərhəd Xidməti Aparatının inzibati binasında yanğın olub
Tarix: 17-08-2025 08:54 | Bölmə: Cəmiyyət
Sərhəd Xidməti Aparatının inzibati binasında yanğın olub

Avqust ayının 17-si gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasının damında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri ərhal əraziyə cəlb olunub.

Reyting.az
FHN-ə istinadla bildirir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.




Bölməyə aid digər xəbərlər
13-08-2025, 18:03 Tiktoker qəzaya düşüb