00:07 / 04-10-2025
Prezidentdən Cəbrayılla bağlı paylaşım - Video
00:02 / 04-10-2025
Cəbrayıl şəhərinin azad olunmasından 5 il ötür
21:07 / 03-10-2025
İlham Əliyev Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib
21:05 / 03-10-2025
Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən şəxs həbs olunub
20:06 / 03-10-2025
Sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib
18:43 / 03-10-2025
Danimarka kəşfiyyatı təxribat barədə xəbərdarlıq edib
18:00 / 03-10-2025
DTX-nın əməliyyatı: 4 nəfər dövlətə xəyanət ittihamı ilə həbs olunub
17:56 / 03-10-2025
Kopenhagen sammiti: sülhə mane olanlar İlham Əliyevin sülh gündəliyinə təslim olub
17:45 / 03-10-2025
Aytac Əlisultanlı yeni vəzifəyə təyin olunub
17:34 / 03-10-2025
Yaxın üç gün ərzində hava necə olacaq? - Proqnoz
17:23 / 03-10-2025
Peşə tanınması imtahanlarının nəticələri elan olunub
17:11 / 03-10-2025
Bəzi dərman vasitələrinin qiyməti artıb
17:02 / 03-10-2025
Elm və Təhsil Nazirliyinin vəzifəli şəxsinin evindən 340 min oğurlanıb
16:58 / 03-10-2025
İcra başçısının “Vikipediya” səhifəsi barədə maraqlı xəbər yayılıb
16:30 / 03-10-2025
III MDB Oyunları: idmançımız qızıl medal qazanıb
16:06 / 03-10-2025
Qazaxıstan prezidenti Azərbaycana gəlir
15:50 / 03-10-2025
İrandan Azərbaycana gətirilən məhsulda bakteriya aşkarlanıb
15:38 / 03-10-2025
Mübahisəli heykəli əvvəlki yerinə qaytarıblar
15:34 / 03-10-2025
Bakıda 52 yaşlı kişi kafedə bıçaqlanıb
15:26 / 03-10-2025
Nazir polkovniki vəzifədən azad edib - Yeni təyinat
15:22 / 03-10-2025
Litvalı Ayana Ginnesin ikiqat rekordçusudur
15:18 / 03-10-2025
ADSEA: "Su tariflərində differensiallaşma aşağı gəlirli təbəqəni qoruyacaq"
15:07 / 03-10-2025
Belçikada hərbi bazanın üzərində 15 dron aşkarlanıb
15:02 / 03-10-2025
Rus ordusu Verbove kəndində məğlub olub
14:53 / 03-10-2025
Çexiyada anti-Ukrayna mövqeli partiyalar hakimiyyətə gəlir
14:46 / 03-10-2025
Xəzər dənizinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
14:43 / 03-10-2025
Arzu Əliyeva VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə qatılıb
14:42 / 03-10-2025
Taylandın baş naziri təyyarəsində orqan daşıyıb
14:22 / 03-10-2025
Rusiya üçün ən böyük təhlükə - demoqrafik böhran
21:29 / 29-09-2025

14:02 / 29-09-2025

11:22 / 29-09-2025

18:31 / 01-10-2025

16:58 / 30-09-2025

09:47 / 30-09-2025

09:11 / 29-09-2025

23:06 / 29-09-2025

22:34 / 29-09-2025

10:00 / 01-10-2025

00:10 / 02-10-2025

23:02 / 30-09-2025

Perinatal Mərkəzin rəhbrəliyi hakim qarşısına çıxarılıb
Tarix: 18-08-2025 11:05 | Bölmə: Cəmiyyət

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Reyting.az "Report"-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Fatimə Bağırova deyib ki, hadisə baş verən mərkəzdə tibb bacısı işləyib:
“Mən mərkəzdə gündüz növbəsində çalışırdım. Səhər işə gələndə gördüm ki, şöbəmiz yanıb, ətraf su içindədir. Orada olan uşaqları başqa yerə, mənimlə birgə iki tibb bacısını isə “Yeni Klinika”ya göndərdilər. Mehriban xanımı mərkəzin direktoru, Hamlet doktoru isə beşinci mərtəbədə yerləşən şöbənin müdiri olaraq tanıyıram. Bizim şöbədə elektrik uzadıcılardan istifadə edilirdi, bununla bağlı hər hansı bir qadağa yox idi”.
Perinatal mərkəzdə böyük tibb bacısı vəzifəsində çalışmış Məxbilə Qurbanova deyib ki, işə gələndə şöbənin su içində olduğunu və hər şeyin yarasız vəziyyətə düşdüyünü görüb. O, həmçinin əlavə edib ki, təqsirləndirilən şəxsləri tanıyır.
"Əvvəl mərkəzin strukturu fərqli idi. 2021-ci ildə TƏBİB mərkəzdə iclas keçirdi. Bununla da mərkəzdə struktur dəyişikliyi oldu. Bunu bizə iclas zamanı dedilər. Bizi şöbə etdilər. O vaxtdan Hamlet həkimin bölməsinin tabeliyində işləyəməyə başladıq. Əvvəl bizdə 2 otaq olsa da, daha sonra 4 otaq edildi. Xəstə artımı çox olduğu üçün hətta otaq sayını 6 etmək istəyirdilər. Otaq sayı 2 olanda rahat işləyirdik. 4 otaq olanda küvəzlər bir-birinə daha da yaxın oldu. Körpələrin sayı çox olduğu üçün otağa girmək mümkün deyildi. Dəfələrlə Mehriban xanıma iş yükünün çoxluğu ilə bağlı məlumat versək də, Mehriban xanım bizə “işi bacarmayan işdən çıxa bilər” deyirdi, - şahid bildirib.
Növbəti iclas avqustun 25-nə təyin edilib.
Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Bölməyə aid digər xəbərlər

Dünən, 17:34
Yaxın üç gün ərzində hava necə olacaq? - Proqnoz
Dünən, 17:23
Peşə tanınması imtahanlarının nəticələri elan olunub
Dünən, 15:26
Nazir polkovniki vəzifədən azad edib - Yeni təyinat
Dünən, 12:18
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 07:35
Yeni və sürətli qurğu elmdə möcüzələr vəd edir
2-10-2025, 19:31
Estetik döş əməliyyatı etdirən qadınlara cəza verirlər
2-10-2025, 17:12
Departament rəisi vəzifədən çıxarılıb
2-10-2025, 17:03
Saturnun peykində həyat üçün əsas şərtlər var - Foto
2-10-2025, 16:59
Qərərgah rəisi ehtiyata buraxılıb
2-10-2025, 16:45
Bakıda keçmiş məhkumda 20 kq narkotik aşkarlanıb
2-10-2025, 15:38
Sabah hava necə olacaq? - Proqnoz
2-10-2025, 14:11
“QHT işi” üzrə məhkəmə başlayır
2-10-2025, 13:53
Alpinistlər yeni rekorda imza atıblar - Foto
2-10-2025, 13:31
300 il əvvəl batmış gəmidən xəzinə tapılıb
2-10-2025, 11:36
Türkiyə polisi narkotik alveri şübhəsilə 189 nəfəri saxlayıb - Video
2-10-2025, 07:30
Yerdə və Ayda ev tikəcək robot istifadəyə verilib
2-10-2025, 07:20
İlon Mask Marsı ABŞ-nın bir hissəsi sayır
1-10-2025, 19:58
Altı milyon manatlıq mənimsəmə - Sabiq xidmət rəisinə hökm oxunub
1-10-2025, 18:31
QHT rəhbərləri cinayət məsuliyyətinə cəlb ediliblər - Foto
1-10-2025, 17:49
Hərbi komissarın məhkəməsində şahid: "Pulu şirinlik kimi vermişəm"
1-10-2025, 16:42
Doktorant və gənc tədqiqatçıların konfransı keçiriləcək
1-10-2025, 16:07
Bakıda cərrahların 33-cü konqresi keçiriləcək
1-10-2025, 16:04
“Analizə 600 manat ödədim, qəbz istəyəndə mənə güldülər”
1-10-2025, 15:38
İğdır Universitetinin rektoru: Qarabağ Universiteti bizim üçün də çox doğmadır - Foto
1-10-2025, 14:27
Kolleclərə direktor və direktor müavini təyin ediblər
1-10-2025, 13:17
Sabahın hava proqnozu açıqlanıb
1-10-2025, 12:04
Kamran Əliyev: "Prokurorluğun fəaliyyətində müəyyən nöqsanlar var"
1-10-2025, 11:17
Sabiq rəis məhkəmədə: "Mənə düşmən olanla niyə danışığa gedim?!”
1-10-2025, 10:37
Hakimlərin təlim-tədris prosesinin təşkili üzrə İşçi Qrup yaradılıb
30-09-2025, 20:16
Umud Rəhimoğlu Berkli Universitetinin Xarici Müşavirlər şurasına seçilib
30-09-2025, 16:03
Oktyabr ayına olan hava proqnozu açıqlanıb
30-09-2025, 15:31
Peşə təhsili müəssisələrinin siyahısı genişləndirilib
30-09-2025, 13:03
Rövşən Nəcəf Ayxan Abbasovla görüşüb
30-09-2025, 13:00
Parlament ictimai səhiyyə sahəsində əməkdaşlığa aid sazişi təsdiqləyib
30-09-2025, 12:56
Sabah yağış yağacaq - Proqnoz
30-09-2025, 09:21
Lökbatandakı qəzada iki nəfər ölüb
30-09-2025, 08:47
Daha bir kosmik gəmi sınaq uçuşuna hazırlanır
29-09-2025, 17:25
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
29-09-2025, 17:03
Növbəti üç gündə leysan yağacaq
29-09-2025, 16:08
Keçmiş arvadını oğlunun məzarı başında öldürüb
29-09-2025, 15:47
Keçmiş sədr Ağır Cinayətlər Məhkəməsində ifadə verib