16:01 / 20-08-2025
Ağdərədə yanğın olub
12:38 / 20-08-2025
Sabah isti hava olacaq
Biləsuvarda gənc bacısının qayınatasını bıçaqlayıb
Tarix: 20-08-2025 17:09 | Bölmə: Cəmiyyət
Biləsuvarda gənc bacısının qayınatasını bıçaqlayıb

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi olub.

Hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb. Kənd sakini 2008-ci il təvəllüdlü K.A-nin həmkəndlisi 1966-cı il təvəllüdlü Azər Babayevi bıçaqladığı bildirilir.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan A. Babayev əməliyyat olunub.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən yeniyetmənin bacısı A. Babayevin gəlinidir. Hadisəyə ailədaxili münaqişənin səbəb olduğu deyilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü K.A. polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:38 Sabah isti hava olacaq