Masallıda Viləşçay su anbarında bir nəfər boğulub
Tarix: 21-08-2025 09:43 | Bölmə: Cəmiyyət
Masallıda Viləşçay su anbarında bir nəfər boğulub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı rayonunun İsi kəndi yaxınlığında Viləşçay su anbarında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

FHN-dən Reyting.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb ediliblər.

Hazırda axtarış davam edir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:38 Sabah isti hava olacaq