Xocavənddə yanğın törədən şəxs saxlanılıb
Tarix: 24-08-2025 18:02 | Bölmə: Cəmiyyət
Xocavənddə yanğın törədən şəxs saxlanılıb

Avqust ayının 24-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Reyting.az-a bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Araz Əzizovun törətdiyi məlum olub. Hadisə nəticəsində 70 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

A.Əzizov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
20-08-2025, 16:01 Ağdərədə yanğın olub
20-08-2025, 12:38 Sabah isti hava olacaq