12:16 / 26-08-2025
Sabah hava yağışlı olacaq
Qum fırtınası ABŞ-ı fəlakətə sürükləyir
Tarix: 26-08-2025 12:33 | Bölmə: Cəmiyyət
Qum fırtınası ABŞ-ı fəlakətə sürükləyir

ABŞ-nın Arizona ştatının paytaxtı Feniks bazar ertəsi axşam saatlarında güclü toz fırtınası ilə üzləşib. Fırtına şəhəri faktiki olaraq örtüb, ağacları aşırıb, külək binalara ziyan vurub, minlərlə ev işıqsız qalıb.

Reyting.az
xəbər verir ki, toz fırtınasından dərhal sonra başlayan tufan vəziyyəti daha da gərginləşdirib. Harbour hava limanında körpü saatda 113 kilometr sürətlə əsən külək səbəbindən dağılıb.

Meteoroloqlar sürücülərə “yola çıxmamaq” xəbərdarlığı ediblər. Arizona Nəqliyyat Departamenti də sürücülərə diqqətli olmaları barədə müraciət ünvanlayıb.

Fırtınadan sonra Arizonada 60 mindən çox insan işıqsız qalıb. Gilbert şəhərində işıqforlar aşıb, çoxlu sayda ağac qırılıb. Polis sakinlərə təhlükə barədə xəbərdarlıq edib.

Qeyd edək ki, toz fırtınaları Arizonada musson mövsümündə tez-tez olur, lakin bazar ertəsi gecəsi fırtına qeyri-adi dərəcədə güclü olub. Fırtına səhra torpağını çırparaq, səmada böyük bir toz divarı yaradıb. Bu nəhəng divar saniyələr ərzində üfüqi bağlayıb və sürücülər üçün görünməni qeyri-mümkün edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
20-08-2025, 16:01 Ağdərədə yanğın olub
20-08-2025, 12:38 Sabah isti hava olacaq