Qurban Yetirmişli: Dağıstandakı zəlzələnin Azərbaycan üçün təhlükəsi yoxdur
Tarix: 27-08-2025 09:36 | Bölmə: Cəmiyyət
Qurban Yetirmişli: Dağıstandakı zəlzələnin Azərbaycan üçün təhlükəsi yoxdur

"Dağıstanda baş verən zəlzələnin Azərbaycan üçün heç bir təhlükəsi yoxdur".

Reyting.az
xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

“Azərbaycanda demək olar, hər gün zəlzələ olur. Ancaq heç bir bölgədə güclü zəlzələnin olması gözlənilmir. Orada 1.2-1.3 maqnitudalı afterşoklar olub. Ancaq heç biri hiss olunmayıb”, - o bildirib.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ Bakıda və Sumqayıt da daxil olmaqla, Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Gürcüstan və Ermənistanda da hiss edilib.




Bölməyə aid digər xəbərlər