14:41 / 22-10-2025
Yeni medal təsis edilib
Qubaya film çəkmək üçün gedən heyətin avtomobili dərəyə aşıb, ölən var - Video
Tarix: 27-08-2025 15:50 | Bölmə: Cəmiyyət
Qubaya film çəkmək üçün gedən heyətin avtomobili dərəyə aşıb, ölən var

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Qalayxudat kəndi yaxınlığında, yüksək dağlıq ərazidə, "Ford" markalı yük avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə 1 nəfər hadisə yerində ölüb, 1 nəfər isə yaralanıb. Xəsarət alan 1977-ci il təvəllüdlü Rəhimzadə Ramil Bayram oğlu Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda ona tibbi yardım göstərilir.

Qəzaya düşən şəxslərin film çəkmək üçün Qubanın Qrız kəndinə gedən çəkiliş heyətinin üzvləri olduğu bildirilir.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonunun Qrız kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Reyting.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər.

Qeyd edilib ki, FHN-nin yanğınsöndürən xilasedici qüvvələri cəlb edilib. Avtomobildə sıxılı vəziyyətdə qalan şəxsin meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

***

Quba-Alpan-Susay-Xınalıq yolunda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub.

Bu şəxs Füzuli rayon sakini İlqar Mübaşir oğlu Əhmədovdur.

***

Quba rayonunun Qalayxudat kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Reyting.az
TƏBİB-ə istinadla bildirir ki, müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə daxil olan 1977-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicəsi davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə zamanı 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Video: My Webpage








Bölməyə aid digər xəbərlər