Şamaxıda yanğın törədən şəxs saxlanılıb​​​​​​​
Tarix: 27-08-2025 15:49 | Bölmə: Cəmiyyət
Şamaxıda yanğın törədən şəxs saxlanılıb​​​​​​​

Şamaxıda yanğın törədən şəxs saxlanılıb​​​​​​​.

Reyting.az
 DİN-ə istinadla bildirir ki, avqustun 27-də Şamaxı rayonunun Muğanlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Araşdırmalarla yanğının rayon sakini Mirağa Kazımov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb. 

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.




Bölməyə aid digər xəbərlər