Sabirabadda yol qəzası: baba və nəvə ölüb, 4 nəfər xəsarət alıb - Fotolar
Tarix: 28-08-2025 14:43 | Bölmə: Cəmiyyət
Sabirabadda yol qəzası: baba və nəvə ölüb, 4 nəfər xəsarət alıb

Sabirabad rayonunun Güdəcühür kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
APA-ya istinadla bildirir ki, avtomobillərin toqquşması nəticəsində iki nəfər həyatını itirib.

Qəza zamanı 1957-ci il təvəllüdlü Güdəcühür sakini Əliyev Rəhim Əlisa oğlu ilə yanaşı, onun nəvəsi 2019-cu il təvəllüdlü Əlizadə Nilay Rahib qızı ölüb.

Daha 4 nəfərin müxtəlif xəsarətlər aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.







Bölməyə aid digər xəbərlər