Ağdamda zorakılığa məruz qalan azyaşlılar körpələr evinə yerləşdiriləcək
Tarix: 28-08-2025 15:50 | Bölmə: Cəmiyyət
Ağdamda zorakılığa məruz qalan azyaşlılar körpələr evinə yerləşdiriləcək

Ağdamda valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlının kiçik qardaşı da körpələr evinə yerləşdiriləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən (SXA) məlumat verilib.

Agentliyin əməkdaşları hər iki uşağın vəziyyəti ilə yaxından maraqlanır və azyaşlıların mənafeyinə uyğun addımların atılması məqsədilə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparırlar.

Qeyd olunub ki, hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müvafiq tibbi xidmətlər göstərilən azyaşlının müalicə və müayinələri bitdikdən sonra onun körpələr evinə yerləşdirilməsi nəzərdə tutulub: "Həmçinin onun qardaşı, 2024-cü il təvəllüdlü və hazırda Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkimlərin müşahidəsi altında saxlanılan digər azyaşlı da Bakı şəhərinə gətirilərək müvafiq körpələr evinə yerləşdiriləcək".

Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən, azyaşlıların valideynləri saxlanılıb(report).




Bölməyə aid digər xəbərlər