Dünyanın ən nəhəng abidələri
Tarix: 17-11-2025 06:01 | Bölmə: Cəmiyyət
Dünyanın ən nəhəng abidələri

Dünyanın ən hündür abidəsi Hindistanda ucaldılmış 182 metrlik Birlik heykəlidir. Bu heykəl hündürlüyünə görə Azadlıq heykəlindən iki dəfə böyükdür.

Reyting.az
xəbər verir ki, siyahının ikinci pilləsində Myanmada yerləşən, hündürlüyü 115,82 metr olan və qızıldan hazırlanmış Laykyun Setkyar heykəli qərarlaşıb. Onun yanında isə uzunluğu 90 metrə çatan Budda təsviri yerləşir.

Siyahının üçüncü pilləsində Çindəki Bahar Məbədinin Buddası (108 metr) dayanır.

Dördüncü və beşinci yerləri Yaponiyada yerləşən Uşiku Daibutsu və Senday Kannon heykəlləri tutur - hər biri 100 metr hündürlüyündədir.

Altıncı yerdə Rusiyanın paytaxtı Moskvada ucaldılmış Rusiya imperatoru I Pyotrun 96 metr hündürlüyündəki heykəlidir.

Növbəti sıralarda Çinin Çanşa şəhərində yerləşən 92 metrlik Quanyin heykəli, Tailandın Anqtthonq bölgəsindəki 92 metrlik Budda heykəli, Yaponiyanın Asibetsu şəhərində ucaldılmış 88 metrlik Kannon heykəli və Çinin Usı şəhərindəki 88 metrlik Budda heykəli yer alır.

Rusiyanın Volqoqrad şəhərində yerləşən əfsanəvi Ana Vətən abidəsi siyahıda 11-ci pillədədir.

Xatırladaq ki, ABŞ-dakı Azadlıq heykəlinin hündürlüyü cəmi 46 metrdir və bu göstərici ilə o, dünya sıralamasında 36-cı yerdə qərarlaşıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər