AXCP sədri Əli Kərimlinin evində axtarış aparılıb - (Yenilənib)
Zəngilana növbəti karvan gedib - (Yenilənib)
ABŞ-ın sülh sənədinə nə Rusiya, nə də Ukrayna imza atacaq - Ekspert
Daha 16 ailə Qırmızı Bazara köçürülüb
Əli Kərimli və Məmməd İbrahim DTX-da dindiriliblər - (Yenilənib)
Azərbaycan və Ermənistan nümayəndə heyətləri Qəbələdə görüşüblər - Fotolar
Ermənistan KTMT ilə vidalaşır?
Əməkdar artist yeni vəzifəyə təyin olunub
Çin-Vyetnam sərhədini robotlar qoruyacaq
Pxenyan Vaşinqtona xəbərdarlıq edib
179 mənzil güzəştli qiymətlərlə satışa çıxarılacaq
Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib - (Yenilənib)
Tarix: 02-12-2025 16:36 | Bölmə: Cəmiyyət

"Azərbaycanda əhalinin azı 95 %-i icbari tibbi sığorta ilə tam əhatə olunacaq".
Reyting.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.
"İcbari tibbi sığortada son dəyişikliklərlə bağlı məlumat vermək istəyirəm. Nəyə görə bu dəyişikliklər tamamilə tərsinə təqdim olunmağa çalışıldı? Bu gün mövcud qanunumuza baxsaq, qeyd olunub ki, icbari tibbi sığorta haqqını muzdla işləyənlər və bir sıra fərdi sahibkarlar istisna olmaqla digər bütün şəxslər ödəyir. Və biz bəlli bir dövrlərlə bu maddənin tətbiqini bir il gecikdirdik. Dövlətin icbari tibbi sığorta haqqının qarşıladığı şəxslərin sayını biz dəyişikliklərlə 9 dəfə artırırıq. Bu, dövlətin atdığı böyük bir addımdır.
Biz göstəririk ki, bəlli bir kateqoriya insanların hamısı, yəni uşaqlar, pensiyaçılar, deməli, əlilliyi olan insanlar, əmək qabiliyyətsiz şəxslər, işsizlər dövlətin hesabına sığortalanacaq. Nəyə görə bu, tam əksinə qeyd olunur ki, işsizlər sığortalanmayacaq?. Əksinə, ilk dəfə qanunvericilikdə birbaşa göstərilir ki, işsizlər də sığortalanacaq. Və növbəti ilin büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait var. Bu, təqribən 7,3-7,5 milyon insanımızın sığorta haqqıdır. Əlavə olaraq təqribən 2 milyon insanımız muzdlu əmək müqaviləsi ilə çalışır. Onların da sığortasını əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçi və işəgötürən qarşılayır. Fərdi sahibkarlarımızın da sığortasını onlar qarşılayır. Yəni minimum əhalinin 95%-i sığorta zərfilə tam şəkildə əhatə olunacaq, - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, yalnız işləyən, gəliri olan və onu gizlədən, qeyri-formal məşğul olan şəxslər kənarda qalacaq: "Qeyri-formal fəaliyyət göstərmək özü qanunvericiliklə qadağan edilib. Və biz deyirik ki, yalnız qanunvericiliklə qadağan edilmiş şəkildə fəaliyyət göstərən insanlar sığortasını özləri ödəyəcək. Bunun müəyyən edilmə meyarları nədir? Bununla bağlı da təqdim olunmuş layihədə qeyd olunub, xüsusi qaydalar olacaq və onların müəyyən edilmə meyarları da elektron şəkildə olacaq. Fərdiləşdirilmiş məlumat əsasında, təqdim olunan şəxsiyyət vəsiqəsi nömrəsi əsasında müəyyən ediləcək ki, bu insanlar hansı kateqoriyalara düşür.
O kateqoriyaya düşməyən insandan da gəlirinin mənbəyi soruşulacaq. Və onlar da sığortadan kənar qalmır. Əksinə, onlar üçün də imkan yaradılır ki, birdəfəlik sığorta haqqı ödəməklə istənilən məbləğdə olan tibbi xidmətdən yararlansınlar. Yəni əksinə, təqdim olunan bu yenilik əhalimizin sosial sığorta ilə əhatə olunması istiqamətində növbəti güzəştli və müsbət bir addımdır"(Report).
Bölməyə aid digər xəbərlər
















Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək