Daha iki ölkə arasında müharibə təhlükəsi artır
Cəlaloğlu: Mən də, Aslan İsmayılov da İsa Qəmbərə demişdik ki, Milli Şura Rusiyanın layihəsidir
Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs olunub
Makron: ABŞ Ukraynaya xəyanət edə bilər
Donald Trampa sülh mükafatı - futbol həm də siyasətdir
Püşkatmanın görünməyən tərəfi: futbol və siyasi oyunlar
"Qarabağ"ın rəqibinin oyununda maraqlı hadisə - təcrübəli futbolçunu ciddiyə almayıblar - Video
II Qareginin həbsinə hazırlıqlar başlayıb
Çin ordusunun sıralarında robotlar da döyüşəcək
Mifik təfəkkürdən süni intellekt erasına qət edilən böyük yol
Baş konsulumuz Təbrizdə fəaliyyətə başlayıb
Tarix: 02-12-2025 23:21 | Bölmə: Gündəm

1-2 dekabr 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 16-cı iclası keçirilib.
Reyting.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, iclas çərçivəsində Azərbaycan YUNESKO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilib.
4 vakant yer uğrunda Azərbaycanla birgə 6 ölkə mübarizə aparıb. Rəqabət şəraitində keçirilmiş seçkilərin nəticəsində Azərbaycan səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin səsini toplayıb.
Qeyd edək ki, sözügedən Komitə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasını təmin etmək, 1954-cü il Haaqa Konvensiyasının və onun İkinci Protokolunun tələblərinə əməl olunmasına nəzarət etmək, habelə dövlətlərə bu sahədə texniki, hüquqi və institusional dəstəyin göstərilməsini təşviq etmək məqsədilə yaradılıb.
Azərbaycanın komitəyə üzv seçilməsi, ölkəmizin mədəni irsin qorunması sahəsində beynəlxalq aləmdə formalaşmış müsbət imicinin, beynəlxalq platformalarda nümayiş etdirdiyi fəallığın və apardığı ardıcıl siyasətin göstəricisidir.
Azərbaycan daha əvvəl 2021-2025-ci illərdə komitənin üzvü olub.
Bölməyə aid digər xəbərlər
















Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək